Çempionlar Liqasının qalibi “Mançester Siti” oldu
11.06.2023 , 00:56
Bu gün UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, İstanbulda keçirilən final oyununda “Mançester Siti” (İngiltərə) və “İnter” (İtaliya) komandaları üz-üzə gəlib.
Görüş “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə bitib. Bununla da “Mançester Siti” tarixində ilk dəfə ÇL-in qalibi olub.
Çempionlar Liqası
Final
10 iyun
23:00 Mançester Siti (İngiltərə) – İnter (İtaliya) – 1:0
Qol: Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)