İngiltərənin məşhur “Four-Four-Two” nəşri Çempionlar Liqasının bu gecə keçirilmiş final matçının ən diqqətçəkən 11 məqamını toplayıb.
Korner.az həmin məqamları diqqətinizə çatdırır
1. “Bavariya”nın futbolçuları oyun ərzində qapıya doğru 17 zərbə vurdular; onlardan 10-u “çərçivə”ni “tapdı”. İlk hissədə isə münhenlilər 7 zərbədən yalnız 3-nü qapı çərçivəsinə doğru göndərmişdilər.
“Borussiya” isə 12 zərbəylə (penalti də daxil olmaqla) qol axtardı. Onlardan yalnız 7-i çərçivəni “tapdı”, 2-i qapıdan yan keçdi, 3-nü isə rəqib oyunçular blok etdilər.
2. “Borussiya” futbolçuları oyun ərzində 326 ötürmə etdilər ki, bunlardan 237-i (73%) ünvanına çatdı.
“Bavariya”nın futbolçuları isə rəqibindən, demək olar, iki dəfə ço – 514 ötürmə edib. Bunlardan 400-ü (78%) ünvanına çatıb, 2-i isə qolla nəticələnib.
3. “Borussiya” oyunçuları hücum zonasında 116 ötürmə edib. Onlardan 71-i ünvanına çatıb. “Bavariya”da isə bu göstərici 149-94-dü.
4. Dortmundlular oyunda 11 dəfə, münhenlilər isə 8 dəfə qayda pozuntusuna yol verdilər.
5. Matçın futbolçusu seçilən Aryen Robben 90 dəqiqə ərzində 1 qol vurdu, bir qol ötürməsi etdi, 2 zərbəsini isə rəqib qapıçı dəf etdi.
6. Qapılara doğru ən çox zərbəni “Bavariya”nın ilk qolunun müəllifi Mario Mandzukiç vurdu. Onun 6 zərbəsindən 4-ü çərçivəni “tapdı”.
7. “Bavariya” “ikinci mərtəbə”də dominantlıq etdi. 43 hava mübarizəsindən 28-də münhenlilər qalib çıxdılar.
8. “İkinci mərtəbə”dəki üstünlük künc zərbələri zamanı daha çox göründü. “Bavariya”lıların 8 künc zərbəsindən ötürməsindən 5-i ünvanına çatdı. Dortmundluların 6 belə ötürməsinin heç biri ünvanını “tapmadı”.
9. Futbolçular arasında bir-birinə ən çox ötürmə edən cütlük Alaba ilə Dantedi. Bu futbolçular 90 dəqiqə ərzində 31 dəfə bir-birini “gördü”. “Borussiya”nın məşhur Roys-Levandovski kombinasiyası isə 10 dəfə göründü.
10. “Borussiya”nın ən dəqiq ötürmə edən futbolçusu Kevin Qrosskrots oldu – 19/22 (86%). Sonradan meydana daxil olan Nuri Şahinlə Yulian Şiberin ötürmə göstəricisi isə 100 faizdi. Nurinin 4, Şiberin isə 1 ptürməsi ünvanına çatıb.
Matçın ən dəqiq ötürmə edən oyunçusu isə Xavi Martinesdi – 36/39 (92%).
11. “Bavariya” topa sahib olmada da üstün idi – 60,8%.
P.S. Bu, çox möhtəşəm bir şey idi!