Bu gün UEFA Çempionlar Liqasının 2015-2016-cı illər mövsümünün final oyununun keçiriləcəyi stadionun adını açıqlaya bilər.
Korner.az-ın məlumatına görə, “San-Siro” stadionu namizəd arenalar arasında favoritdi.
Qeyd edək ki, sonuncu dəfə ÇL-in finalı bu stadionda 2001-ci ildə keçirilmişdi. “Valensiya” ilə “Bavariya” arasında keçirilmiş həmin görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitmiş, penaltilər seriyasında isə almanlar 5:4 hesabıyla qalib gəlmişdi.
