Çempionlar Liqasında qrup mərhələsinin III turunun rəmzi komandası müəyyənləşib.
Korner.az-ın məlumatına görə, UEFA qitənin ən nüfuzlu klub turnirinin son qalibi “Real”ın heyətindən 2 futbolçunun adını sıyahıya daxil edib:
Qapıçı: Roberto (“Olimpiakos”, Yunanıstan)
Müdafiəçilər: Marselo (“Real”, İspaniya), David Luis (PSJ, Fransa), Marek Suhi (“Bazel”, İsveçrə), Donati (“Bayer”, Almaniya)
Yarımmüdafiəçilər: Eden Azard (“Çelsi”, İngiltərə), Koke (“Atletiko”, İspaniya), Marko Roys (“Borussiya” D, Almaniya)
Hücumçular: Kərim Benzema (“Real”, İspaniya), Luis Adriano (“Şaxtyor”, Ukrayna), Aryen Robben (“Bavariya”, Almaniya)
