“Qalatasaray” növbəti mərhələdə!
03.08.2023 , 00:50

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Rakuv”u qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə bitib. Ümumi hesabda öndə olan “Rakuv” mərhələ adlayan tərəf olub.
Türkiyə təmsilçisi “Qalatasaray” azarkeşləri önündə “Jalgiris”i sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Bununla da komanda adını növbəti mərhələyə adını yazdıra bilib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust
Astana (Qazaxıstan) – Dinamo (Zaqreb) – 0:2
İlk oyun – 0:4
Qarabağ – Rakuv (Polşa) – 1:1
İlk oyun – 2:3
Genk (Belçika) – Servett (İsveçrə) – 2:2 (penaltilər – 2:3)
İlk oyun – 1:1
Hakken (İsveç) – Klaksvik (Farer adaları) – 3:3 (penaltilər – 3:4)
İlk oyun – 0:0
Makkabi (Hayfa, İsrail) – Şerif (Moldova) – 4:1
İlk oyun – 0:1
Molde (Norveç) – HİK (Finlandiya) – 2:0
İlk oyun – 0:1
Kopenhagen (Danimarka) – Breydablik (İslandiya) – 6:3
İlk oyun – 2:0
Qalatasaray (Türkiyə) – Jalgiris (Litva) – 1:0
İlk oyun – 2:2.
