ÇL-də həftənin ən yaxşısı adına namizədlər
20.08.2020 , 16:12
Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, namizədlər sırasında Anxel Di Mariya, Neymar (hər ikisi PSJ), Serj Qnabri və Robert Levandovski (hər ikisi “Bavariya”) yer alıb.
Qalib qurumun saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.