ÇL-də həftənin rəmzi komandası
26.11.2021 , 17:05
Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.
Korner.az xəbər verir ki, rəmzi “11-lik” belədir:
Qapıçı: Tibo Kurtua (“Real”, İspaniya)
Müdafiəçilər: Ris Ceyms, Nataniel Çaloba (hər ikisi “Çelsi”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), David Alaba (“Real Madrid”, İspaniya), Pedro Porro (“Sportinq”, Portuqaliya)
Yarımmüdafiəçilər: Emil Forsberq, Kristofer Nkunku (hər ikisi “Leyptsiq”, Almaniya), Tyaqo Alkantara (“Liverpul”, İngiltərə), Pedru Qonsalveş (“Sportinq”, Portuqaliya)
Hücumçu: Edin Ceko (“İnter”, İtaliya)