Madrid “Real”ının üzvləri Kriştianu Ronaldo və Kərim Benzema Çempionlar liqasının tarixində ən məhsuldar hücumçu tandemi adına sahib çıxıblar.
Korner.az-ın məlumatına görə, hər iki futbolçu “Real”a 2009-cu ildə gəlib və həmin vaxtdan sonra Ronaldo 54 , Benzema isə 26 dəfə fərqlənib.
1992-ci ildən turnir Çempionlar Liqası adlandıqdan bəri heç bir cütlük bu qədər (80 qol) qol vura bilməyib. Onların ən yaxın izləyici kimi “Barselona”dan Lionel Messi – Pedro Rodriqes tandemini qeyd etmək olar. Onların aktivində cəmi 75 qol var.
