ÇL-də həftənin ən yaxşısı seçildi
29.11.2019 , 17:05
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Bavariya”nın hücumçusu Robert Levandovskidir. O, səsvermədə Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romero Lukakunu (“İnter”) qabaqlayıb.
Qeyd edək ki, Levandovski son turda “Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qola imza atıb.