ÇL-də həftənin ən yaxşısı kim olacaq?
25.11.2021 , 15:49
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, namizədlər arasında “Sportinq”dən Pedru Qonsalveş, “İnter”dən Edin Ceko, “Ayaks”dan Sebastyen Alle və “Leyptsiq”dən isə Emil Forsberq yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermədə müəyyənləşəcək.