ÇL-də son turun ən yaxşısı adına namizədlər açıqlandı
13.12.2018 , 12:38

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib
Namizədlər siyahısında Neymar (PSJ), Endryu Robertson (“Liverpul”), Leroy Sane (“Mançester Siti) və Qiyom Oaro (“Yanq Boyz) yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
