“Qalatasaray” və “Fənərbağça”nın rəqibi məlum oldu
05.08.2024 , 14:56
Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan tədbirdə cütlüklər müəyyənləşib.
Çempionlar yolu
“Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” – “Ludoqorets (Bolqarıstan) cütünün qalibi
“Midtüllan” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi – “Slovan” (Slovakiya) – APOEL (Kipr) cütünün qalibi
“Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi – “Srvena Zvezda” (Serbiya)
“Malmö” (İsveç) – PAOK (Yunanıstan) cütünün qalibi – “Sparta” (Çexiya – “Styaua” (Rumıniya) cütünün qalibi
Liqa yolu
“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) cütünün qalibi – “Slaviya” (Çexiya) – “Union” (Belçika) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” cütünün qalibi – “Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) cütünün qalibi
Pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.