ÇL-də mövsümün ilk püşkü
07.06.2022 , 19:47

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.
Korner.az xəbər verir ki, püşkatmada ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib. İlkin təsnifat mərhələsində Estoniya “Levadiya”sı İslandiyanın “Vikinqur” komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorra “İnter”inə rəqib olub.
Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Bütün görüşlər İslandiyada baş tutacaq.
