ÇL-də ilkin mərhələnin qalibi məlum oldu
30.06.2018 , 13:59

Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.
Həlledici görüşdə Kosovo təmsilçisi “Drita” səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb. Final matçında da 4:1 hesabıyla qalib gələn Kosovo çempionu bu mərhələnin qalibi adını qazanıb.
ÇL-in 1-ci təsnifat mərhələsinə yeganə vəsiqəyə sahib çıxan “Drita” burada İsveçin “Malmö” klubuna rəqib olub. “Linkoln” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu komanda Avroliqanın 2-ci təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) – TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
İlkin mərhələ
Final
29 iyun
“Linkoln” (Cəbəllütariq) – “Drita” (Kosovo) 1:4
