ÇL-də həftənin rəmzi komandası
28.02.2020 , 16:58

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Korner.az xəbər verir ki, “Çelsi”yə 3:0 hesabı ilə qalib gələn “Bavariya”nın 5 futbolçusu simvolik heyətdə yer alıb.
Qapıçı: Manuel Noyer (“Bavariya”);
Müdafiəçilər: Alfonso Deyvis, David Alaba (hər ikisi “Bavariya”), Leo Dubois, Marçal (hər ikisi “Lion”);
Yarımmüdafiəçilər: Lukas Tüzar (“Lion”), Kevin de Bruyne (“Mançester Siti”), Serj Qnabri (“Bavariya”), İsko (“Real”);
Hücumçular: Robert Levandovski (“Bavariya”), Dris Mertens (“Napoli”).
