ÇL-də həftənin futbolçusu adına bütün namizədlər açıqlandı
19.02.2026 , 11:23
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına bütün namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, siyahıda Bakıda “Qarabağ”a qarşı keçirilən və 6:1 hesabı ilə başa çatan görüşdə dörd qol vuran “Nyukasl”ın hücumçusu Entoni Qordon, “Bodo-Qlimt”in futbolçusu Kasper Hoq, “Bayer”in forvardı Patrik Şik və PSJ-nin oyunçusu Dezire Duen yer alıb.
Qalib qurumun rəsmi saytında təşkil olunan səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.
