ÇL-də həftənin ən yaxşısı o seçildi
18.04.2025 , 15:00

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Borussiya”nın (Dortmund) hücumçusu Sehru Girassidir.
O, namizədlər arasından Deklan Rays (“Arsenal”), Lautaro Martinez (“İnter”) və Osman Dembeleni (PSJ) qabaqlayıb.
Qvineyalı forvard 1/4 finalda “Barselona” ilə keçirilən cavab oyununda (3:1) het-trik edib.
