ÇL-də həftənin ən yaxşısı kim olacaq?
04.11.2021 , 16:37

Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Korner.az xəbər verir ki, bu ada “Sportinq”dən Pedru Qonsalveş, “Mançester Yunayted”dən Kriştiano Ronaldo, “Bavariya”dan Robert Levandovski, “Yuventus”dan isə Paulo Dibala namizəddir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra məlum olacaq.
