ÇL-də həftənin ən yaxşısı kim olacaq?
29.10.2020 , 17:14

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, ən yaxşı adına “Atalanta”dan Duvan Zapata, PSJ-dən Moyze Kin, “Mançester Yunayted”dən Markus Reşford və “Atletiko”dan Joao Feliks namizəd göstərilib.
Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
