ÇL-də həftənin ən yaxşısı kim olacaq?
22.10.2020 , 18:14

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, namizədlər sırasında Alvaro Morata (“Yuventus”), Kinqsli Koman (“Bavariya”), Tete (“Şaxtyor” Donetsk) və Anxelinyo (“Leyptsiq”) yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək həftənin ən yaxşı oyunçusunu seçəcək.
