ÇL-də həftənin ən yaxşısı kim olacaq?
12.03.2020 , 16:28

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizəd açıqlanıb.
Korner.az xəbər verir ki, Marsel Zabitçer (“Leyptsiq”), Yosip İliçiç (“Atalanta”), Xuan Bernat (PSJ) və Yan Oblak (“Atletiko”) ən yaxşı oyunçu adına namizədlərdir.
UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib müəyyənləşəcək.
