ÇL-də həftənin ən yaxşısı kim olacaq?
20.02.2020 , 17:11

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, ən yaxşı oyunçu adına Erlinq Haland (“Borussiya”), Renan Lodi (“Atletiko”), Hans Hatebor (“Atalanta”) və Uqo Lyoris (“Tottenhem”) namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
