ÇL-də həftənin ən yaxşısı kim olacaq?
27.10.2022 , 15:11

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, namizədlər sırasında Lionel Messi (PSJ), Mehdi Taremi (“Portu”), Covanni Simeone (“Napoli”) və Rafa Silva (“Benfika”) yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək qalibi müəyyənləşdirəcəklər.
