ÇL-də həftənin ən yaxşısı kim olacaq?
13.10.2022 , 13:24

Çempionlar Liqasında qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar Hayfa “Makkabi”sindən Omar Atsili, “Liverpul”dan Roberto Firmino, “Brügge”dən Simon Minyole və “Tottenhem”dən Son Hın Mindir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
