ÇL-də həftənin ən yaxşısı kim olacaq?
07.04.2022 , 10:31

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər bəlli olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Real”dan Kərim Benzema, “Vilyarreal”dan Covani Lo Çelso, “Liverpul”dan Luis Dias və “Mançester Siti”dən Kevin De Bruyne yer alıb.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra məlum olacaq.
