ÇL-də həftənin ən yaxşısı kim olacaq?
10.03.2022 , 15:18

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Bavariya”dan Robert Levandovski, “Real”dan Kərim Benzema, “Mançester Siti”dən Fernandinyo və “İnter”dən Milan Şkrinyar var.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
