ÇL-də həftənin ən yaxşısı adına namizədlər
18.03.2021 , 17:01

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, namizədlər arasında Kevin de Brüyne (“Mançester Siti”), Luka Modriç (“Real”), Nqolo Kante (“Çelsi”) və Yozua Kimmix (“Bavariya”) yer alıb.
Həftənin ən yaxşı oyunçusu qurumun saytında azarkeşlərin səsverməsi ilə müəyyənləşdiriləcək.
