ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd
27.02.2020 , 18:55

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizəd müəyyənləşib.
Korner.az xəbər verir ki, Kevin De Bruyne (“Mançester Siti”), Serxio Buskets (“Barselona”), Serj Qnabri (“Bayern”) və Ussem Aya (“Lion”) ən yaxşı oyunçu adına namizədlərdir.
Həftənin oyunçusu UEFA-nın saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.
