ÇL-də həftənin ən yaxşısı
17.09.2021 , 16:50

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.
Korner.az xəbər verir ki, bu “Ayaks”ın futbolçusu Sebastyan Allerdir.
O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.
Qeyd edək ki, futbolçu qrup mərhələsinin ilk turunda “Sportinq”lə oyunda (5:1) poker edib.
