ÇL-də həftənin ən yaxşısı
30.04.2021 , 17:28

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantedir.
O, UEFA-nın saytında azarkeşlər arasında akeçirilən səsvermədə hamını qabaqlayıb.
30 yaşlı fransalı oyunçunun İspaniyada “Real”la 1:1 hesablı heç-heçə etdikləri matçda ötürmələrinin 86 faizi dəqiq alınıb.
