ÇL-də həftənin ən yaxşısı
09.04.2021 , 17:18

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Real”ın hücumçusu Vinisius Juniordur.
Futbolçu namizədlər arasında “Mançester Siti”dən Kevin de Breyneni, PSJ-dən Kilian Mbappe və “Çelsi”dən isə Jorjinyonu qabaqlayıb.
21 yaşlı futbolçu “Liverpul”a 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.
