ÇL-də həftənin ən yaxşısı
17.02.2022 , 19:47

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Korner.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir.
Fransalı futbolçu səsvermədə Bernardu Silva (“Mançester Siti”), Məhəmməd Kamara (“Zalsburq”) və Vircil Van Deyki (“Liverpul”) qabaqlayıb.
Mbappe 1/8 finalın “Real”la ilk matçının (1:0) əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə qələbə qolunu vurub.
