ÇL-də həftənin ən yaxşı futbolçusu üçün namizədlər açıqlandı
06.11.2025 , 11:00
UEFA Çempionlar Liqasının 4-cü turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, bu mükafat uğrunda dörd oyunçu mübarizə aparacaq:
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen, “Mançester Siti”dən Fil Foden, “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino və “Brügge”dən Forbz namizədlər siyahısına daxil edilib.
Qalib UEFA-nın rəsmi saytında aparılan azarkeş səsverməsinin nəticəsinə əsasən müəyyənləşdiriləcək.
