ÇL-də 3-cü təsnifat mərhələsinə start verilir
06.08.2024 , 11:18
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçiriləcək.
Azərbaycan çempionu “Qarabağ” evdə Bolqarıstan “Ludoqorets”ini qəbul edəcək.
Türkiyə təmsilçisi “Fənərbağça” isə Fransada “Lill”in qonağı olacaq.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 avqustda keçiriləcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
20:00. “Qarabağ” (Azərbayan) – “Ludoqorets” (Bolqarıstan)
21:00. “Malmö” (İsveç) – PAOK (Yunanıstan)
21:15. “Midtulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya)
22:00. “Sparta” (Çex Respublikası) – “Styaua” (Rumıniya)
22:30. “Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
22:45. “Zalsburq” (Avstriya) – “Tvente” (Niderland)