ÇL: 1/4 finalçılar müəyyənləşdi
17.03.2022 , 04:00

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, “Vilyarreal” İtaliyada “Yuventus”la cavab oyununa çıxıb və 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Vilyarreal” adını 1/4 finala yazdırıb.
Gecənin digər oyununda “Çelsi” “Lill” ilə qarşılaşıb. Bu gğrüşdə İngiltərə klubu 2:1 hesabı ilə qalib gələrək, 1/4 finala vəsuqə qazanıb.
Daha əvvəl “Mançester Siti”, “Liverpul”, “Real”, “Atletiko” “Bavariya” və “Benfika” növbəti mərhələyə yüksəlmişdi.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart
00:00. “Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya) – 0:3
Baş hakim: Şimon Marçinyak
İlk oyun – 1:1
00:00. “Lill” (Fransa) – “Çelsi” (İngiltərə) – 1:2
Baş hakim: Davide Massa
İlk oyun – 0:2.
