ÇL: “Real” yarımfinalda
13.04.2022 , 01:42

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.
Korner.az xəbər verir ki, turnirin son qalibi “Çelsi” səfərdə “Real”ın qonağı olub. Görüşün əsas hissəsi 1:3 hesabı ilə bitib. Oyunda əlavə vaxt oynanılıb. “Real” bu zaman 1 qol vuraraq, ilk oyunun nəticəsinə görə yarimfinala adını yazdırıb.
“Bavariya” isə ilk matçda 0:1 hesabı ilə uduzduğu “Vilyarreal”la doğma meydanda üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Vilyarreal” yarımfinala yüksəlib.
1/4 finalın digər görüşləri sabah baş tutacaq.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
12 aprel
23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:3
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 3:1
23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya) – 1:1
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 0:1
