Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, Nyonda baş tutan mərasim Bakı vaxtı ilə 15:00-da start götürüb. Bu mərhələdə komandalar səbətlərə bölünməyəcək. Püşkün nəticələrinə əsasən 1/4 finalda aşağıdakı komandalar üz-üzə gələcək:
PSJ (Fransa) – “Barselona” (İspaniya)
“Atletiko” (İspaniya) – “Real” (İspaniya)
“Portu” (Portuqaliya) – “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) – “Monako” (Fransa)
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 14-ü və 15-i, cavab oyunları isə 1 həftə sonra keçiriləcək.
