Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Bu mərhələyə qədər inamla irəliləyən “Portu” səfərdə “Bavariya”nın qonağı olacaq. Matçın favoriti Münhen klubu olsa da, Portuqaliya təmsilçisinin rəqibinə asan təslim olmayacağı bəllidir.
Digər görüşdə isə PSJ və “Barselona” klubları üz-üzə gələcək. Parisdə keçiriləcək oyuna maraq böyükdür. Bu komandalar daha öncə qrup mərhələsində üz-üzə gəliblər.
15 aprel
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
23:45. "Portu" (Portuqaliya) – "Bavariya" (Almaniya) – 3:1
23:45. PSJ (Fransa) – "Barselona" (İspaniya) – 1:3
