Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyununda səfərdə “Bakı”ya 0:1 hesabı ilə uduzan “Simurq” klubunun baş məşqçisi George Çixradze görüşlə bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis komandasında vəziyyətin ürəkaçan olmadığını bildirib:
“Vəziyyət ürəkaçan deyil. Bundan öncəki oyunda biz məğlub duruma düşsək də, komanda xarakter göstərdi, qələbə qazandı. “Bakı” ilə oyunda isə bunu edə bilmədik. Problemlərimiz var. Bunu aradan qaldırmağa çalışacağıq”.
