“Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk görüşdə 1:0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la qolsuz bərabərə qalaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.
“İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdür, futbolçum topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır” – deyə gürcü mütəxəssis bildirib.
G.Çixradze “Qarabağ”ı finala adlaması münasibəti ilə təbrik edib.
