Topaz Premyer Liqasının VIII turunda keçirilən və 0-0 hesabı ilə başa çatan “İnter” – “Simurq” oyunu gərgin mübarizəyə səhnə olub.
Korner.az-ın məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi George Çixradze düşüncələrini bölüşüb.
“Çox gәrgin bir oyunun şahidi olduq. Hәr iki komanda meydançaya qәlәbә qazanmaq arzusu ilә çıxmışdı. “İnter”in də, bizim də imkanlarımız var idi. Fikrimcә, biz qol vurmağa daha yaxın idik. Amma tәәsüf ki, alınmadı”.
