“Simurq”un baş məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının 10-cu turunda AZAL-la 2:2 hesabı ilə bərabərə qaldıqları matçı şərh edib.
Korner.az-ın məlumatına görə, o, birinci hissədə yaxşı oynadaqlarını deyib:
“Maraqlı görüş keçdi. Biz oyun ərzində 4 qol izlədik. İlk hissədə üstün olan tərəf biz idik. İkinci hissədə AZAL daha üstün çıxış etdi. AZAL-ın bizi ikinci hissədə cəzalandırdığını da deyə bilərik. Oyunun sonlarında biz toparlandıq, xarakter göstərdik. Qarşılaşmanın heç-heçə bitməsi məntiqli oldu”.
