“Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 32-ci turunda “İnter”ə 2:3 hesabı ilə uduzduqları matçı şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, gürcü mütəxəssis bildirib ki, oyun barədə danışmaq onun üçün çox çətindir:
“Start fitindən sonra yaranmış vəziyyət (futbolçuların maaşlarını almamasın etiraz olaraq oturaq aksiyasını nəzərdə tutur- red) artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdır. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidir ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəkdə necə olacağını bilmirik. Hələ ki, yolumuza davam edirik”.
