Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Qəbələ” – “Simurq” oyunu qonaqların üstünlüyü ilə tamamlandı.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin baş məşqçisi Corce Çixradze oyun haqda bunları bildirib:
“Çox maraqlı oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Son 3 oyunda münasib taktikalarla oynadıq. Qələbəyə köklənmişdik. Hər oyun rəqibi analiz edirik. Bizim daha real şanslarımız oldu, lakin yararlana bilmədik. Düşünürəm, gözəl oynadıq və layiqli qələbə qazandıq. Ümid edirəm ki, azarkeşlərimiz də bu oyundan sonra bizdən razı olarlar.”
