“Futbolçuları oyuna kökləmək çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi. Bu baxımdan bizim üçün çətin idi”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Gürcü mütəxəssis oyuna pis başlamadıqlarını bildirib: “Ancaq ikinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.
