Topaz Premyer Liqasının 7-ci turunun dramatik oyunlarından biri Zaqatalada reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “Sumqayıt” 2-0 hesabı ilə önə keçsə də, meydan sahibi “Simurq” oyunun qalan hissəsində 3 qol vuraraq, 3 xalı aktivinə yazdırdı.
Meydan sahiblərinin baş mışqçisi Georgi Çixradze oun haqda bunları deyib:
“Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma “Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”
