Topaz Premyer Liqasıın XXVI turunda “Bakı” doğma meydançasında “Simurq”a 0-3 hesabı ilə məğlub oldu.
Korner.az-ın məlumatına görə, “Simurq”un çalışdırıcısı Giorgi Çixradze oyundan sonra bunları deyib:
“Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk 2-ci qolu vurmağı da bacardıq. Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2,3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”
