Bu gün Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, "Neftçi" Çernoqoriyada "Mladost"un qonağı olacaq. İlk oyunda məhsuldar heç-heçəyə nail olan Podqoriça təmsilçisi üçün 0:0 və ya 1:1 hesablı heç-heçələr qane edirsə, "Neftçi" səfərdə qələbə qazanmaqla tur adlaya bilər.
Qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq.
9 iyul
Avropa Liqası, I təsnifat mərhələsinincavab oyunu
23:30.”Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan) 1:1
Qollar: Vukoviç, 90+4 // Araz Abdullayev, 72
(İlk oyun – 2:2)
Baş hakim: Kevin Klensi (Şotlandiya).
Podqoritsa. "Qradski" stadionu.
