“Gözəl oyun oldu. “Xəzər Lənkəran” layiqli oynadı. Düzdü qələbəni 2:0-dan sonra əldən verdik.”
Korner.az-ın məlumatına görə, bu sözləri 2:2 hesabı ilə başa çatan “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra “Neftçi”nin müşahidə şurasının rəhbəri Çingiz Abdullayev deyib:
“Bu o demek deyil ki, “Neftçi” zəif oynadı. Rəqibi də qiymətləndirmək lazımdı. Lənkəran stadionunda heç- heçə də yaxşı nəticədi. 2:2-dən sonra komandamız hücum edirdi. Biz daha çox hücum edən tərəf idik.” (newsport.az)
