Türkiyə Super Liqasında çıxış edən “Qalatasaray” klubunun futbolçusu Vesli Sneyderə Çindən təklif gəlib.
Korner.az-ın məlumatına görə, çin klubundan holland futbolçu üçün 3 illik təklif gəlib.
Klubun futbolçu üçün 25 milyon avrosundan keçməyə hazır olduğu bildirilir.
32 yaşlı futbolçu təklifi rədd edib. O öz açıqlamasında bildirib: ” “Qalatasaray” artıq mənim üçün özəl bir klubdur. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm. Bunu pozmağa niyuətim yoxdur”.
